"Azəriqaz" borclu abunəçilərin qazını kəsəcək
30 Sentyabr 2009 Çərşənbə 11:40
Qurum saat 12.00-dan başlayaraq reydlərə başlayır
Dövlət Neft Şirkətinə məxsus “Azəriqaz” istehsalat birliyinin, istifadə etdiyi təbii qazın pulunu ödəmək üçün abunəçilərə verdiyi vaxt başa çatıb. Qurumun mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlının verdiyi məlumata görə, artıq Bakı şəhər Baş İstehsalat Qaz İdarəsi borclu abunəçilərin mavi yanacaqla təchizatını dayandırmağa başlayıb.
Xatırladaq ki, vətəndaşlara borclarla bağlı sentyabrın 26-dan xəbərdarlıq edilib.
DOSTLARINLA PAYLAŞ: