“Azəri Layt” markalı neft bahalaşıb
15 Avqust 2011 Bazar Ertəsi 14:42
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərə dəyişib.
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərə dəyişib. AzərTAc xəbər verir ki, Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 34 sent azalaraq 85,38 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 1 sent bahalaşaraq 108,03 dollar olub.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 1,94 dollar yüksələrək 112,29 dollara satılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar