Azərenerjiyə borcu olan qurumlar
17 Aprel 2009 Cümə 13:45
Azərbaycanın bir sıra dövlət və hökumət strukturlarının «Azərenerji» ASC-yə külli miqdarda borcu var. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
E. Pirverdiyevin sözlərinə görə, bu sırada ən çox borcu olan, ödənişlərdə problem yaranan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və «Azərsu» Səhmdar Cəmiyyətidir.

««Azərsu» SC-nin elektrik eneryisinin haqqını ödəməsində problemlər var. Son 3 ayda «Azərsu»nun «Azərenerji»yə 2 milyon manat borcu yaranıb. Hazırda bu məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür», - deyə E. Pirverdiyev vurğulayıb.

E. Pirverdiyev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin isə «Azəreneryi»yə 149 mln.manat borclu olduğunu bildirib.

«APA-ECONOMICS»in «Azərenerji»dən əldə etdiyi məlumatlara görə, məcburi köçkünlərlə yaranmış borc problemini həll etmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, eləcə də məcburi köçkünlər üçün respublikanın müxtəlif ərazilərində inşa edilmiş qəsəbələr oktyabr ayının sonunadək tam şəkildə sayğaclaşdırılacaq. Bundan sonra məcburi köçkün imtiyazlı şəxslər dövlətin adambaşına kompensasiya etdiyi 150 kVt/saat enerjidən artıq sərfiyyata görə pul ödəməli olacaqlar.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar