"Azercell"dən Ramazan bayramı münasibətilə yeni kampaniya
08 Sentyabr 2010 Çərşənbə 20:15
Bayram günlərində balanslarını artıran abonentlər pulsuz hədiyyə konturları qazanacaq.
“Azercell Telelom” MMC bütün abonentlərini və ümumilikdə Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir. Şirkət bu Ramazan bayramında abonentlərinə sevinc dolu anlar bəxş etmək üçün yeni və cəlbedici kampaniya təqdim edir. “Azercell Telelom” MMC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 9-12 sentyabr tarixlərində gün ərzində 2 və ya daha çox eyni nominallı kart yükləyən bütün fakturasız xətt (SimSim) abonentləri həmin nominal qədər hədiyyə kontur qazanacaqlar.

Hədiyyə konturları abonentlərin balansına yükləndiyi andan etibarən onlar 7 gün ərzində bu konturlardan yalnız şəbəkədaxili zənglər üçün istifadə etməklə sevdiklərini Ramazan bayramı münasibətilə təbrik edə bilərlər.

Qeyd edək ki, abonent gün ərzində hər nominallı kart üzrə bir dəfə hədiyyə kontur qazana bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar