Azərbaycanlı iş adamları Türkiyədə 5-ci yerdədir
12 İyul 2011 Çərşənbə Axşamı 06:55
Türkiyəyə investisiya qoyan azərbaycanlı iş adamlarının sayı çoxalır.
Türkiyəyə investisiya qoyan azərbaycanlı iş adamlarının sayında çoxalma qeydə alınıb. Bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti yayıb. Məlumata görə, 2010-cu ildə Türkiyədə 2 479 əcnəbi şirkət açılıb. Onların arasında azərbaycanlı investorların sayı 136-dır. Azərbaycanlı iş adamları bu rəqəmlə Türkiyədə iş yeri açan ilk beşliyə daxil olub. Belə ki, Azərbaycan 4-cü yerdə olan Rusiyadan sonra siyahının 5-ci pilləsində qərarlaşıb. Cari ilin ilk 5 ayında isə Türkiyədə 401 əcnəbi şirkət qurulub ki, bunlardan da 86 nəfəri azərbaycanlı iş adamıdır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar