Azərbaycanla İran arasında qaz ixracına dair müqavilə imzalanıb
13 Yanvar 2010 Çərşənbə 15:10
Bu gün Bakıda Azərbaycanla İran arasında 2010-cu ilin yanvar-aprel dövrünü əhatə edən qısamüddətli müqavilə imzalanıb.
«APA-ECONOMICS»in məlumatına görə, müqaviləni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru Seyid Rza Kesaizadə imzalayıblar.
Müqaviləyə əsasən, Azərbaycan tərəfi İrana sutkada 1,2 mln. kub metr qaz ixrac edəcək.
ARDNŞ prezidenti R. Abdullayev bildirib ki, müqavilə çərçivəsində, ümumilikdə İrana 500 mln. kub metr qazın satışı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanla İran arasında uzunmüddətli qaz müqaviləsinin isə bu ilin yayında imzalanacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: