Azərbaycanın xarici ticarət dövriyyəsi 9.9 faiz artıb
13 İyul 2011 Çərşənbə 16:29
Nəticədə 7,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Bu ilin yanvar-may aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 131 xarici dövlətlə 14,1 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, əmtəə mübadiləsinin 2,5 milyard dolları MDB üzvü dövlətləri, 11,6 milyard dolları digər ölkələrlə həyata keçirilib.

2010-cu ilin beş ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 46,6 faiz, digər dövlətlər üzrə isə 5,5 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 10,6 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 7,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,6 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Belarus, Malayziya, Hindistan, İsrail, Almaniya, Gürcüstan və Çin dövlətləri ilə aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar