Azərbaycanın ÜTT-yə üzvlüyü müzakirə olunacaq
15 Oktyabr 2010 Cümə 18:00
İşçi Qrupun 8-ci iclası oktyabrın 18-də Cenevrədə baş tutacaq.
Bu ilin 18 oktyabr tarixində Cenevrə şəhərində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı İşçi Qrupun 8-ci iclası olacaq. 19-22 oktyabr tarixlərində isə ABŞ, Avropa İttifaqı, Kanada, Yaponiya, Norveç, İsveçrə, Çinin Tayvan əyaləti və bir sıra digər ÜTT üzvləri ilə mallar və xidmətlər üzrə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının ÜTT-yə daxil olması üzrə danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini M. Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti sözügedən danışıqlarda iştirak edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: