Azərbaycanın turizm indeksi artır
05 Mart 2009 Cümə Axşamı 13:20
Dünya İqtisadi Forumu (DİF) tərəfindən turizm, aviadaşımalar və səyahətlər biznesinin inkişafı üzrə hesablanan rəqabətlilik renkinqində Azərbaycan bu il 133 dövlət arasında Ukrayna ilə birlikdə 76-77-
DİF-in açıqladığı son hesabata görə, son bir ildə Azərbaycan sözügedən renkinqdə mövqeyini 3 pillə yaxşılaşdırıb. Bu zaman turizm biznesinin inkişafı üzrə Azərbaycana verilən xüsusi indeks (Travel & Tourism Competitiveness Index - TTCİ) göstəricisi 3,84 təşkil edib. Ən yüksək turizm indeksi (5,68) alaraq renkinqdə liderlik edən İsveçrə olub. Asiya qitəsi ölkələri arasında Azərbaycan daha yüksək yerləri Bruney və Şri-Lanka (13-14-cü yerlər) tutub. MDB ölkələri arasında isə Azərbaycan Rusiya və Gürcüstandan sonra renkingdə 3-cü nəticə göstərib. Bu zaman turizm sahəsində qanunvericiliyin keyfiyyəti subindeksinə görə ölkəmiz 47-ci yerə, müvafiq sahədə müşahidə olunan infrastruktura və ətraf mühitin vəziyyətinə görə 84-cü yerə, insan, mədəni və təbiət resurslarına görə isə 111-ci yerə layiq görülüb. Maraqlıdır ki, Ermənistan Dünya İqtisadi Forumunun turizm indeksinə görə renkinqdə 91-ci yeri tutub.
Qeyd edək ki, turizm sahəsində rəqabətlilik renkinqi və TTCİ indeksinin hesablanması zamanı ölkədə turizm infrastrukturu və qanunvericiliklə bərabər səyahətlərlə bağlı şirkətlərdə olan işçilərin sayı, təbiətin mühafizəsi, bankomat və POS-terminallar şəbəkəsinin genişliyi, mehmanxana və nəqliyyatda olan tariflər, sanitar-epidemioloji mühit, turistlərin təhlükəsizliyi, vizaların verilməsi qaydaları, eləcə də yanacaq qiymətləri, yol-nəqliyyat hadisələrinin sayı, suvenir istehsalı, tibbi sığorta sisteminin tətbiqi, stadion və idman mərkəzlərinin vəziyyəti, İnternet və mobil rabitə şəbəkələrindən istifadə edənlərin sayı və 70 yaxın digər amil nəzərə alınır.
Dünya İqtisadi Forumunun hesablamaları və ehtimallarına görə, Azərbaycanda turizm, aviadaşıma və səyahətlər biznesinin həcmi 2008-ci ildə ən azı 509 mln. ABŞ dolları təşkil edib. Ümumi hesabda isə milli iqtisadiyyatın turizmlə bağlı sahələrində çalışanların sayı 39 minə çatıb. Proqnozlara görə, 2009-2018-ci illərdə turizm biznesinin ortaillik artım tempi 8,8% ola bilər.
DOSTLARINLA PAYLAŞ: