Azərbaycanın iqtisadi artımı 4,3 faiz olub
20 İyun 2009 Şənbə 20:20
Böyük Britaniyanın «Ekonomik intellekt yunit» təşkilatının proqnozu açıqlanıb

 

Beynəlxalq iqtisadi böhranın təsirinə görə, bu ilin ilk dörd ayında Azərbaycanın iqtisadi artımı 4,3 faiz olub. Neftin qiymətinin aşağı olduğunu nəzərə alınsa, bu ilin sonuna qədər ölkənin ümumi illik iqtisadi artımının 2,5 faiz olacağını proqnozlaşdırmaq olar. Bunu Böyük Britaniyanın «Ekonomik intellekt yunit» təşkilatı Azərbaycanla bağlı səsləndirdiyi proqnozda bildirib.

Təşkilat həmçinin qeyd edib ki, 2010-cu ildə isə bu artım ən yaxşı halda 4,5 faiz ola bilər. Hətta neftin qiymətində risklərə görə, 2009-cu ildə iqtisadi artım sıfırdan aşağı da düşə bilər. Xatırladaq ki, 2008-ci ildə inflyasiya 20,8 faiz olmuşdu. Bu il inflyasiyanın 3,5 faiz, 2010-cu ildə isə 10 faizə yaxın olacağı gözlənilir.

Təşkilat belə hesab edir ki, Mərkəzi bank 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində manatın ucuzlaşıb öz nominal dəyərinə çatmasına imkan verəcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar