Azərbaycanın ən şəffaf bankı AccessBank
22 Oktyabr 2010 Cümə 10:25
“AccessBank” şəffaflıq səviyyəsinə görə S&P reytinqinə başçılıq edir.
“AccessBank” “Standard & Poor’s” Reytinq Agentliyinin İnformasiya şəffaflığının araşdırılması Tədqiqatı (T&D) üzrə giriş şərhində Agentlik tərəfindən “Azərbaycanın ən şəffaf bankı” qismində qiymətləndirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu tədqiqat ümumilikdə, bank aktivlərinin 96 faizinə malik 30 ən böyük Azərbaycan bankını əhatə edir və tədqiqatda ictimaiyyətə açıqlanan illik hesabatlar, internetdə dərc olunmuş məlumatlar, eləcə də ictimai idarəetmə hesabatları nəzərdən keçirilir.

Banklar 111 amildən ibarət siyahı əsasında qiymətləndirilib və həmin amillərə mülkiyyət strukturu və korporativ prosedurlar; maliyyə və əməliyyat məlumatları; rəhbərliyin və İdarə Heyətinin strukturu və həyata keçirdiyi proseslər aiddir. Həmin tədqiqatda “AccessBank” ən yüksək qiymətə layiq görülüb.

Qeyd edək ki, “АccessBank”ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. Bank beynəlxalq “Fitch” reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin “Euromoney” Nəşriyyat Qrupu tərəfindən “2010-cu ildə Azərbaycanın ən yaxşı bankı” kimi tanınıb. “AccessBank” 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, “Kfw Development Bank” – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən “Access Holding” (16.5 faiz) və Almaniyanın “LFS Financial Systems GmbH” (3.5 faiz) şirkətləridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar