Azərbaycanın adını daşıyan daha 4 gəmi dünya sularında üzəcək
27 May 2010 Cümə Axşamı 13:25
"Palmali" gücünü artırır. Azərbaycanın adını daşıyan daha 4 gəmi dünya sularında üzəcək.
“Palmali” Şirkətlər Qrupu hər birinin dedveyt tutumu 107 400 ton olmaqla daha iki “Aframaks” sinfinə aid tankerlərin alınması ilə bağlı memorandum imzalayıb. Məlumata görə, birinci tanker sifarişçiyə bu ilin iyul ayının sonlarında Yaponiyanın Suneişi gəmiqayırma tərsanəsində təhvil veriləcək.

İkinci tanker isə sifarişçiyə eyniadlı tərsanədə təhvil veriləcək. Amma bu, bir az gec - bu ilin sentyabr ayında baş tutacaq. “Palmali” hər iki tankeri Qara və Aralıq dənizi limanlarından xam neft və neft məhsullarının daşınması üzrə uzun müddətli müqavilələrin təmin edilməsi üçün qəbul edir.

“Afromaks” sinifli tankerlərin alınması üzrə sövdələşmənin dəyəri 120 milyon ABŞ dolları təşkil edir.
“Palmali” şirkətlər qrupu bu ilin sonunadək 300 min ton dedveytlik “VLCC” və 16 500 ton dedveytlik “Suesmaks” gəmilərini də əldə etməyə çalışır.

"Palmali" Şirkətlər Qrupu ANS PRESS-ə məlumatı təsdiqləyib. Həmçinin bildirilib ki, gəmilərin adı Azərbaycanla bağlı olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar