Azərbaycanın 2,2 trilyon kub metr təsdiq edilmiş qaz ehtiyatı var
16 Yanvar 2011 Bazar 10:35
Bunu Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev bildirib.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Bunu yanvarın Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, iqtisadiyyatımız üçün əsas olan neft-qaz sektorunda keçən il bütün planlar yerinə yetirilib. 51 milyon ton neft hasil edilib ki, onun da böyük hissəsi ixrac olunub. 27 milyard kubmetr qaz hasil edilib.
Prezident bildirib ki, 2011-ci ildə qazın hasilatı və ixracı daha da artmalıdır. "Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkar edilmiş “Ümid” yatağı bizim qaz potensialımıza əlavə həcm gətirib. Ümid edirəm ki, bu il və gələn il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm daha da artacaq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar