Azərbaycanın 17 bankı hələ də ziyanla işləyir
28 Avqust 2010 Şənbə 23:05
Həmin bankların itkiləri 22 milyon manatdan artıq olub.
Azərbaycanın 17 bankı hələ də ziyanla işləyir. Mərkəzi Bankın məlumatına görə, indi ölkədəki 47 bankın 30-u mənfəət əldə edir.

İlin əvvəlindən onların birlikdə xalis gəlirləri 95 milyon manata yaxın olub. Zərərlə işləyən bankların itkiləri isə 22 milyon manatdan artıqdır.

Son 1 ildə ziyanla işləyən bankların sayı 7-dən 17-yə yüksəlib. Ümumilikdə bank sektorunun illik mənfəəti 2009-cu ilin eyni dövründəkindən 2,2 dəfə az olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar