Azərbaycanda vergi dərəcələrinin azaldılmasına ehtiyac yoxdur
24 Noyabr 2011 Cümə Axşamı 14:33
Fazil Məmmədov: "Azərbaycanda vergi yükü əlverişli səviyyədədir".
Azərbaycandakı iqtisadi və siyasi sabitlik ölkəyə investisiyaların cəlb olunmasını stimullaşdırır. Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin Milli Məclisdəki müzakirəsi zamanı bildirib.

“İqtisadi stabillik, Azərbaycan dövlətinin daxili və xarici siyasəti ölkə iqtisadiyyatına investisiyaların cəlb olunmasında vergi dərəcələrinin azaldılmasından daha böyük əsasdır”, - Məmmədov deputatların vergi dərəcələrinin azaldılmasının vacibliyi barədə təkliflərini şərh edərkən deyib.

Onun sözlərinə görə, son illər ərzində ölkədə vergi dərəcələri böyük sürətlə azalır: eləcə də gəlir vergisinin dərəcəsi 22-dən 20 faizədək, ƏDV 20-dən 18 faizədək azalıb. Nazir bildirib ki, Ukraynada ƏDV-nin dərəcəsi 25 faiz, Rusiyada 20 faiz, Belarusda 20 faiz, Tacikistanda 25 faiz, Türkmənistanda 20 faiz, Gürcüstanda 15 faiz, Ermənistanda 26 faiz təşkil edir.

“Bununla yanaşı, Azərbaycanda vergi yükü əlverişli səviyyədədir”, - Məmmədov deyib.

Nazirin fikrincə, bu, öz təsdiqini 2008-ci ildə dünya maliyyə böhranı dövründə tapıb. Azərbaycan iqtisadiyyatı öz davamlılığını nümayiş etdirib. Qonşu dövlətlərin, o cümlədən Xəzəryanı ölkələrin həm iqtisadiyyatları, həm də bank sistemləri böhrandan əziyyət çəkib.

Öz növbəsində, Azərbaycanın bank sistemi artım nümayiş etdirib və ölkə hökuməti, o cümlədən bankların, sığorta və təkrarsığorta şirkətlərini mənfəət vergisinin kapitallaşmaya yönəldilən hissəsindən azad etməklə adekvat tədbirlər görüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar