Azərbaycanda ÜDM istehsalı 0.3 faiz artıb
19 Noyabr 2011 Şənbə 17:38
10 aya ölkədə 40.7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 40.7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Dövlət Statisrika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz, yaxud müqayisəli qiymətlərlə 95.8 milyon manat artıb.

ÜDM-in 27.8 milyard manatı və ya 68.4 faizi məhsul istehsalı sahələrində, 10.5 milyard manatı, yaxud 25.7 faizi xidmət sahələrində yaradılıb, 2.4 milyard manatı (5.9 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşüb.

Adambaşına 4499.7 manatlıq (5693.7 ABŞ dolları) əlavə dəyər istehsal olunub. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8.6 faiz artıb, neft sektorunda isə 7.8 faiz azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar