Azərbaycanda suvenir istehsal edən müəssisə yaradılır
25 İyul 2012 Çərşənbə 16:06
"Azərsuvenir" MMC "Zərgərsənaye" İstehsalat Birliyinin bazasında fəaliyyət göstərəcək.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Zərgərsənaye" İstehsalat Birliyinin bazasında "Azərsuvenir" (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar qəbul edib.

Qərar Prezidentin İşlər İdarəsinin Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq alınıb.

Qərarda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Zərgərsənaye" İstehsalat Birliyinin bazasında "Azərsuvenir" (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması bildirilir.

"Zərgərsənaye" İstehsalat Birliyinə məxsus əmlakın, əmlak hüquqları öhdəliklərinin və borcların hüquqi varisi olan "Azərsuvenir" (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyətinə veriləcək.

"Azərsuvenir" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin müəyyən olunmuş qaydada təsdiq ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar