Azərbaycanda sığorta şirkətinin fəaliyyəti dayandırılıb
22 Avqust 2011 Bazar Ertəsi 15:26
Bu barədə Maliyyə Nazirliyi qərar verib
Azərbaycan Maliyyə Nazirliyi “Fidan sığorta” şirkətinin lisenziyasının qüvvəsini dayandırıb. Bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) məlumatında qeyd edilir.

Şirkətin fəaliyyəti Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən olunmuş sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmamasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi ilə əlaqədar dayandırılıb.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Fidan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti aparmaq hüququ verən 12.06.2009-cu il tarixli 000177 nömrəli lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2011-ci il 19 avqust tarixdə dayandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar