Azərbaycanda pul kütləsinin həcmi artıb
09 Dekabr 2010 Cümə Axşamı 03:00
Dövriyyədə olan pul kütləsinin həcmi 7 mlrd. 314,5 mln. manata çatıb
Noyabrın 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7 mlrd. 314,5 mln. manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7% artıb.

Ötən ayın əvvəlinə olan pul kütləsinin 4 mlrd. 942,6 mln. manatı nağd pul vəsaitlərinin, 1 mlrd. 057,3 mln. manatı tələb edilənədək vəsaitlərin, 1 mlrd. 314,6 mln. manatı isə müddətli depozitlərin payına düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar