Azərbaycanda pul kütləsinin həcmi artıb
07 İyul 2010 Çərşənbə 02:40
Dövriyyədə 6454,0 milyon manat pul kütləsi var.
İyunun 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6454,0 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1% artım deməkdir.

Pul kütləsinin 4543,5 milyon manatı nağd pul vəsaitlərinin, 896,3 milyon manatı tələb edilənədək vəsaitlərin, 1014,2 milyon manatı isə müddətli depozitlərin payına düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar