Azərbaycanda pul kütləsinin həcmi 32% artıb
14 Oktyabr 2010 Cümə Axşamı 02:25
Dövriyyədə olan pul kütləsinin həcmi 7046,6 mln. manata çatıb.
2010-cu il sentyabr ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7046,6 mln. manat təşkil edib. Bu barədə məlumat ANS PRESS-ə Mərkəzi Bankın mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,1% artıb.
2010-cu il sentyabrın 1-nə olan pul kütləsinin 4850,8 mln. manatı nağd pul vəsaitlərinin, 953,1 mln. manatı tələb edilənədək vəsaitlərin, 1242,7 mln. manatı isə müddətli depozitlərin payına düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: