Azərbaycanda pul kütləsi nə qədər artıb?
02 Dekabr 2010 Cümə Axşamı 14:35
Bu ilin 1 noyabr tarixinə bu rəqəm 9 milyard 619,9 milyon manat təşkil edib
Bu ilin 1 noyabr tarixinə Azərbaycanda geniş mənada pul kütləsi (nağd pullar, təcili əmanətlər, tələb olunana qədər əmanətlər və depozitlər) 9 milyard 619,9 milyon manat təşkil edib ki. Bu da ilin əvvəlinin göstəricisindən 13,6 faiz çoxdur.

Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, bununla yanaşı, cari ilin aprelində geniş mənada pul kütləsi mart ayı ilə müqayisədə 2,4 faiz artıb. Pul kütləsi strukturunda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2010-cu ilin 1 noyabr tarixinə 4 milyard 942,6 milyon manat təşkil edib, oktyabrda 0,9 faiz, yanvar- oktyabr aylarında isə 18,4 faiz artıb.

Bu ilin noyabrın əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər və depozitlər) 5 milyard 999,9 milyon manat təşkil edib, oktyabrda 1,7 faiz, ilin əvvəlindən 14,5 faiz artıb.

Bu ilin noyabrın əvvəlinə M2 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 7 milyard 314,5 milyon manat təşkil edib, oktyabrda 2,2 faiz, yanvar-oktyabr aylarında 18,5 faiz artıb.

2010-cu ilin oktyabr ayının yekunlarına əsasən, xarici valyutada depozitlər 2 milyard 305,4 milyon manat təşkil edib, hesabat ayında 3,2 faiz, ilin əvvəlindən isə 0,2 faiz artıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2010-cu ilin 1 oktyabr tarixinə 23,8 faizə qarşı 2010-cu ilin 1 noyabr tarixi üçün 24 faiz təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar