Azərbaycanda neft və qaz hasilatında artım qeydə alınıb
15 Sentyabr 2011 Cümə Axşamı 11:37
Neft hasilatı 31,7 milyon tona, qaz hasilatı isə 17,2 milyard kubmetrə çatıb
Bu ilin 8 ayında Azərbaycanın mədənçıxarma sektorunda artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, mədənçıxarma bölməsi məhsullarından neft hasilatı 31,7 milyon tona, qaz hasilatı isə 17,2 milyard kubmetrə çatıb.

Xatırladaq ki, bu göstərici cari ilin yanvar-iyulunda müvafiq olaraq 27,7 milyon ton neft və 15,1 milyard kubmetr qaz təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar