Azərbaycanda necə biznes qurmaq olar?
17 Aprel 2012 Çərşənbə Axşamı 18:43
Azərbaycanda necə biznes qurmaq olar? “Doing Business in Azerbaijan 2011” toplusu nəşr olunub.
Azərbaycana xarici investisiyaların cəlb olunması və yerli sahibkarlarla biznes əlaqələrin yaradılması istiqamətində xarici iş adamlarının məlumatlandırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən növbəti “Doing Business in Azerbaijan” toplusu nəşr olunub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Doing Business in Azerbaijan 2011” toplusu Azərbaycan iqtisadiyyatı, ölkənin biznes və investisiya mühiti, biznes qurmaq üçün qanunvericilik və s. kimi məlumatların əks olunduğu 7 fəsildən ibarətdir. İngilis dilində hazırlanmış nəşrdə həmçinin Azərbaycanın təbii ehtiyatları, infrastruktur və iqtisadi rayonlarına dair xəritələr yerləşdirilib.
Toplunun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması, həmçinin Azpromo-nun rəsmi internet səhifəsində (www.azpromo.az) yerləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, “Doing Business in Azerbaijan 2011” toplusu Azpromo tərəfindən bu il ölkədə və xaricdə təşkil ediləcək tədbirlərdə xarici investorlara və Azərbaycanda biznes qurmaqda maraqlı olan iş adamlarına paylanılacaq.
DOSTLARINLA PAYLAŞ: