Azərbaycanda illik inflyasiya 4,9%-ə çatıb
14 İyul 2010 Çərşənbə 16:15
Bu ilin iyun ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki aya nisbətən 0,6% ucuzlaşıb, əvvəlki ilin yanvar-may aylarına nisbətən isə 4,9% bahalaşıb.
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iyun ayında əvvəlki aya nisbətən ərzaq məhsulları 1,1% ucuzlaşıb, xidmət tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri isə may ayının səviyyəsində qalıb.

Cari ilin ilk altı ayında ötən ilin analoji dövrü ilə müqayisədə ərzaq məhsulları 4,6%, qeyri-ərzaq məhsulları 1,8%, xidmət tarifləri isə 8,1% bahalaşıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar