Azərbaycanda illik inflyasiya 4,8 faiz təşkil edib
16 Fevral 2012 Cümə Axşamı 18:53
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvarda 0,1 faiz bahalaşıb.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2011-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dekabr ayının səviyyəsində qalıb.

2011-ci ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 4,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri 5,5 faiz bahalaşıb. Yanvar ayında ərzaq məhsullarından makaronun, vermişelin, toyuq budunun, pendirin, yumurtanın, dondurulmuş balığın, kələmin və s. qiymətləri ucuzlaşıb.

Qeyri-ərzaq mallarından qadın üçün dəridən plaş və gödəkcənin, uzunqol köynəyin, nitro boyaların, kərpicin, sementin və s. qiymətləri ucuzlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar