Azərbaycanda əsas kapitala ayrılan vəsait 19 faiz artıb
22 Oktyabr 2013 Çərşənbə Axşamı 04:21
Tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi ötən illə müqayisədə 30 faiz çoxdur.
Cari ilin 9 ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 8 milyon manat vəsait yönəldilib. ANS PRESS Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu məbləğin 65,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 19 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 30 faiz artıb.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 7 milyard 532,1 milyon manat, qeyri-dövlət müəssisələri isə 4 milyard 294,4 milyon manat vəsait sərf edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar