Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşıb
12 Mart 2011 Şənbə 20:25
İİN: “Duru yağların 5-6, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, yumurtanın 50 faizədək, toyuq ətinin 15 faizədək ucuzlaşması qeydə alınıb”.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6 faiz, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, yumurtanın 50 faizədək, toyuq ətinin 15 faizədək, süd məhsullarının isə 2-4 faiz ucuzlaşması qeydə alınıb.

Bundan başqa, kartofun 15 faizədək, soğanın 10 faizədək, sitrus meyvələrinin isə 15-20 faiz ucuzlaşması müşahidə edilib.

Qeyd edək ki, monitorinq və araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar