Azərbaycanda ən çox tanınan sığorta brendi məlum oldu
01 Mart 2012 Cümə Axşamı 10:38
Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə tədqiqat aparılıb.
“Ateshgah” Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin ən çox tanıdığı sığorta şirkətidir. Bunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə AA&M reklam şirkəti tərəfindən aparılan tədqiqatların nəticələri təsdiq edir.

"Ateshgah" sığorta şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, adıçəkilən tədqiqatı aparmaqda məqsəd ümumilikdə avtomobil sığortası bazarı (əsasən, könüllü avtomobil sığortası) və onun potensial həcminin öyrənilməsi olub.

22,1% respondentin rəyinə görə, “Ateshgah” ölkədə ən çox tanınan üç sığorta şirkətləri arasında birinci yeri tutur.

“Ateshgah” sığorta şirkəti həmçinin könüllü avtomobil sığortası üzrə güclü mövqedə qərarlaşıb. Belə ki, sorğulanan avtomobil sahiblərinin - respondentlərin 30%-i könüllü sığortadan bəhs edildikdə məhz “Ateshgah”-ı xatırlayıb.

“Brendimizin tanınması ilə bağlı tədqiqatın nəticələri bizi sevindirir. Fəaliyyət göstərdiyi 15 il ərzində “Ateshgah” SŞ özünə dayanıqlı və müsbət işgüzar nüfuz qazana bilib. Əsas vəzifəmiz – müştərilərimizin tələblərini təmin etmək və onlara maksimal dərəcədə yaxın olmaqdır. Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyi heç vaxt düşünməmiş və indi də düşünmürük” - deyə “Ateshgah” Sığorta Şirkəti İdarə Heyətinin sədri Tələt Səfərov bildirib.

Qeyd edək ki, tədqiqat işi 24 noyabr -26 dekabr 2011-ci il tarixlərində Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edib. Sorğuda 20 – 54 yaş arası 1695 respondent (kişi və qadın) iştirak edib. Sorğunun predmetinə avtomobil sığortası sahəsində göstərilən xidmətlərin tələb səviyyəsi, avtomobil sığortası polisinin əldə edilməsində səbəblər və sığorta xidmətləri haqqında ümumi bilgilər aid olmuşdur. Əhəmiyyətli fakt da odur ki, sorğulanan avtomobil sahiblərinin 99% - i “sığorta” termini ilə tanış olduqlarını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar