Azərbaycanda elektron ipoteka layihəsi tətbiq olunacaq
14 Oktyabr 2010 Cümə Axşamı 12:25
Birbaşa banklara və banklar vasitəsi ilə İpoteka Fonduna müraciət olunacaq.
Azərbaycan İpoteka Fondunda xüsusi elektron ipoteka layihəsi işə salınacaq. Bu, ipoteka kreditləri ilə bağlı vətəndaşlarla banklar arasında müraciətlərin insan faktoru olmadan reallaşmasını tamamilə təmin edəcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, hazırda İpoteka Fondunda xüsusi elektron ipoteka layihəsi üzərində iş gedir və yaxın 1 il ərzində işə salınacaq. Əhalinin müraciətləri, sənədlərin təqdimatı tam şəkildə insan faktoru olmadan həyata keçiriləcək. Birbaşa banklara və banklar vasitəsi ilə İpoteka Fonduna müraciət olunacaq, Fond sənədlərin düzgünlüyünü yoxlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar