Azərbaycanda elektrik enerjisi istehsalı 5 faiz artıb
11 İyul 2011 Bazar Ertəsi 19:09
Ötən ay ölkə enerji sistemində 1,3 milyard kv/s-dan artıq elektrik enerjisi istehsal edilib.
Bu ilin iyun ayında ölkə enerji sistemində 1,3 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə ANS PRESS-ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bu ilin 6 ayı ərzində enerjisistemdə 10 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 8,4 milyard kilovatsaata yaxını İES-lərin, 1,6 milyard kilovatsaatdan çoxu isə SES-lərin payına düşür. Ötən ilin eyni dövrünə nisbətən ilk 6 ayda enerji istehsalı 5,26% artıb.

Ötən ay ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar