Azərbaycanda dövriyyəyə yeni əskinaslar buraxıla bilər
27 May 2011 Cümə 07:01
Mərkəzi bankın mütəxəssisləri 100 manatlıqlardan böyük olacaq pulların dizaynı üzərində işləyir
Azərbaycanda 100 manatlıqlardan böyük nominallı pullar dövriyyəyə buraxıla bilər. Mərkəzi bankın idarə heyətinin sədr müavini Alim Quliyev deyib ki, 100 manatdan yuxarı kağız pulların buraxılması ideyası üzərinldə iş aparılır. Mərkəzi bankın mütəxəssisləri həmin pulların dizaynı və hazırlanması üzərində işləyir. Cənab Quliyev yararsız hala düşən və köhnəlmiş əskinaslara da aydınlıq gətirib. Onun sözlərinə görə köhnəlməyə ən çox 1 və 5 manatlıqlar məruz qalır. Həmin pullar bank sisteminə daxil olan kimi yeniləri ilə əvəzlənir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar