Azərbaycanda dolların rəsmi məzənnəsi 12 illik minimuma enib
23 May 2011 Bazar Ertəsi 11:34
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanda ABŞ dollarının milli valyutaya (manat, AZN) qarşı rəsmi məzənnəsi minimal psixoloji həddə - 0,7900 AZN/1USD-yə çatıb.


«APA-Economics»in məlumatına görə, əvvəlki minimal psixoloji hədd ( 0,8000 AZN/USD) 2010-cu ilin dekabrın 2-də qeydə alınıb.

Qeyd edək ki, dolların 0,79 manatlıq məzənnəsi sonuncu dəfə 1999-cu ilin mayın 9-da müşahidə olunub. Beləliklə, dolların manata qarşı məzənnəsi 12 illik minimuma çatıb.

«Ekonomist» jurnalının ekspertlərinin fikrincə, hazırda baş verənlərin dəqiq səbəbləri məlum deyil və yalnız ehtimallar barədə danışmaq olar. Belə ki, Azərbaycanda xarici valyutaların rəsmi məzənnələri Mərkəzi Bank tərəfindən müəyyən edilir və hökumətə və Mərkəzi Banka ucuz dollar əlverişlidir. «Bunun səbəbləri müxtəlif ola bilər. Belə ki, valyuta ehtiyatlarını genişləndirmək və iqtisadiyyatda dollarlaşmanın səviyyəsini azaltmaq məqsədi ilə Mərkəzi Bank məzənnəni azaldaraq bazardan uçuz qiymətlə böyük həcmdə dollar kütləsi ala bilər. Bununla yanaşı, ənənəvi olaraq Azərbaycanda dolların bahalaşması əhali tərəfindən mənfi amil və iqtisadiyyatda müəyyən problemlərin mövcud olması əlaməti kimi qəbul olunduğuna görə, dövlət məqsədli şəkildə milli valyutanı bahalaşdırmaq qərarına gələ bilər. Bundan başqa, ucuzlaşan dollar idxalçılar üçün əlverişlidir və bu amil idxal malları üzrə inflyasiyanın azaldılması istiqamətində addım kimi də qiymətləndirilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar