Azərbaycanda daha bir yataqdan qızıl çıxarılacaq
24 Fevral 2011 Cümə Axşamı 13:41
Bu il Gədəbəydəki “Qoşa” yataq sahəsində qazma işlərinə başlanıla bilər
Yaxın vaxtlarda Azərbaycanda daha bir yataqdan qızıl çıxarılmasına başlanacaq. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin məlumatına görə, bu il Gədəbəydəki “Qoşa” yataq sahəsində qazma işlərinə başlanıla bilər.
İndiyədək aparılmış tədqiqatlar göstərir ki, yataqda kifayət qədər qızıl ehtiyatı var. Şirkət bu il Ordubaddakı yataqlarda da işləri genişləndirmək niyyətindədir.
Qeyd edək ki, hasilatın pay bölgüsü müqaviləsinə əsasən, Azərbaycan tərəfinin müqavilədə payı 51 faizdir. Bu müqavilə çərçivəsində yataqlardan 400 ton qızıl, 2 min 500 ton gümüş filizi çıxarılması gözlənilir.
DOSTLARINLA PAYLAŞ: