Azərbaycanda böyük qrup təbəqənin əmək haqları artırılacaq
05 Dekabr 2011 Bazar Ertəsi 12:34
Ölkə prezidenti bununla bağlı müvafiq maliyyə qurumlarına göstəriş verib.
Bu ilin sonu, gələn ilin əvvəlində Azərbaycanda böyük qrup təbəqənin əmək haqları yenidən artırılacaq. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında deyib.
H. Rəcəbli deyib ki, əmək haqları artırılanlar müəllimlər, həkimlər və digər sosial qruplara aid vətəndaşlar olacaq. Onun sözlərinə görə, ölkə prezidenti bununla bağlı müvafiq maliyyə qurumlarına göstəriş verib.
Komitə sədri deyib ki, minimum əmək haqqının 10 faiz artırılması Azərbaycanda 600 minə yaxın insana şamil edilib: “Ölkədə gedən iqtisadi proseslər ardıcıl və davamlıdır. Yeddi il əvvəl ölkədə minimum əmək haqqı cəmi 25 manat idi. Bugünkü artımla 125 dollar həcmində olan minimum əmək haqqını inflyasiya ilə uyğunlaşdırsaq, görərik ki, bu sahədə Azərbaycanda dinamik artım gedir. Minimum əmək haqqının 10 faiz artırılması ölkə üçün 500 milyon manat civarında əlavə maliyyə yükü deməkdir”.
DOSTLARINLA PAYLAŞ: