Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq
20 Aprel 2011 Çərşənbə 14:14
“Avro-3” standartının tətbiqi ilə əlaqədar isə dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılır
Dövlət Neft Şirkətinin (ARDNŞ) emal kompleksində istehsal olunan avtomobil benzini ölkə iqtisadiyyatının dinamik inkişafında, eləcə də ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır. ANS PRESS-in ARDNŞ-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda respublikada “Avro-3” standartının tətbiqi ilə əlaqədar H.Əliyev adına BNEZ-in benzin istehsalı qurğularında modernləşdirmə işlərinin aparılması məqsədilə dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılır. Hazırda iqtisadi əsaslandırması aparılan Yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi inşa olunduqdan sonra isə ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar