Azərbaycanda 6 aya 2586 hüquqi şəxs qeydiyyata alınıb
14 İyul 2012 Şənbə 21:43
Yeni müəssisələrin 62,2 faizi Bakıda yaradılıb.
Bu ilin yanvar-iyun ayları ərzində ölkədə hüquqi şəxslərin sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 2 585 hüquqi şəxsin 116-sı dövlət mülkiyyətinə, 2171-i xüsusi mülkiyyətə, 240-ı tam xarici investisiyalı, 57-si birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olub.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, yeni müəssisələrin 62,2 faizi Bakıda, 11,9 faizi Aran, 6,9 faizi Abşeron və 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin yanvar-iyun aylarında 29327 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran və Abşeron iqtisadi rayonlarında qeydiyyata alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar