Azərbaycanda 5-ci prosesinq mərkəzi yaradılır
08 Oktyabr 2010 Cümə 17:25
Bu ayın sonlarında "Royal Bank"ın Prosessinq Mərkəzi fəaliyyətə başlayacaq.
“Royal Bank” ASC oktyabr ayının sonunda öz Prosessinq Mərkəzini istifadəyə verəcək. Bunu bankın Plastik kartlar Departamentinin müdiri Gülşən Mustafayeva bildirib. Onun sözlərinə görə, mərkəzin istismara hazırlanması prosesi çərçivəsində artıq “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin yeni avadanlıqları quraşdırılıb: “Proqram təminatı alınıb, tətbiq olunub və bütün proseslər bu ilin oktyabr ayının 20-dək başa çatdırılacaq. Daha sonra Prosessinq Mərkəzi bir müddət test rejimində işləyəcək”.

Qeyd edək ki, bank Prosessinq Mərkəzinin yaradılması ilə bağlı işlərə 2009-cu ilin yanvar ayında başlayıb. Bu mərkəz vasitəsi ilə ay ərzində plastik kartlar üzrə 1 mln-dan artıq əməliyyatın aparılması mümkün olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 4 prosesinq mərkəzi - “MilliKart”, “Azericard”, “Kapital Bank Prosessinq Mərkəzi” və “Texkart” fəaliyyət göstərir. “Royal Bank”ın əsas təsisçisi ABŞ vətəndaşlarıdır. Bank 1993-cü ildə “OZ Bank” kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar