Azərbaycanda 40 min nəfər işsiz var
20 İyun 2011 Bazar Ertəsi 13:02
Ölkədə iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərə çatıb.
Bu ilin iyunun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 592,1 min nəfər olub ki, onlardan 4 336,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2011-ci ilin yanvar-aprel aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 362,1 min nəfər, orta siyahı sayı isə 1 345,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 851,6 min nəfər, qeyri-dövlət bölməsində isə 494,2 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,6 min nəfər, qeyri-neft sektorunda 1 309,2 min nəfər, qeyri-kənd təsərrüfatı sahəsində isə 1 307,3 min nəfər çalışıb.
"Cari ilin iyunun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40 min nəfər olub, onların 43,1%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 4 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 178,7 manat olub", - deyə Komitədən bildirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: