Azerbaycana idxal olunan avtomobillerin sayı artıb
02 Yanvar 2014 Cümə Axşamı 09:59
Gürcüstandan Azerbaycana ixracatın 75 faizinden çoxunu minik avtomobilleri teşkil edir.
2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azerbaycana 369,82 milyon deyerinde 41,16 min minik avtomobili ixrac olunub. Trend-in melumatına göre, bu barede Gürcüstan Milli Statistika Xidmetinin hesabatında bildirilir.
Hesabatda gösterilir ki, qeyd edilen dövrde bu sahenin xüsusi çekisi Gürcüstandan Azerbaycana ümumi ixracın hecminin 57,15 faizini teşkil edib.
Öten ilin analoji dövrü ile müqayisede Gürcüstandan ixrac olunan minik avtomobillerinin hecmi 16,48 faiz, say nisbetinde ise 7,89 min eded artıb. Müqayise üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azerbaycana 317,5 milyon dollar hecminde 33,27 min avtomobil ixrac edilib.
2013-ci ilin 11 ayı erzinde Gürcüstandan Azerbaycana 23,11 milyon deyerinde 3,59 min yük avtomobili idxal edilib ki, bu da öten ilin analoji dövründe qeyde alınan göstericiden 13,22 faiz aşağıdır (say nisbetinde ise 20,1 faiz yuxarıdır). Müqayise üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azerbaycana 26,63 milyon deyerinde 2,85 min yük maşını idxal edilib.
Hesabat dövründe Gürcüstandan Azerbaycana ixrac edilmiş malların ümumi deyeri 647,06 milyon dollar ve ya qeyd edilen dövrde ölkenin ümumi ixracının hecminin 24,7 faizini teşkil edib.
2012-ci ilin müvafiq dövrüne nisbeten Azerbaycana ixracat 11,8 faiz artıb. Müqayise üçün öten ilin yanvar-noyab aylarında Azerbaycana 578,18 milyon dollar deyerinde Gürcüstan malı ixrac edilib. Avtomobiller Gürcüstana xaricden getirilir.
DOSTLARINLA PAYLAŞ: