Azərbaycan və Belarus müştərək müəssisə yara bilər
08 İyul 2011 Cümə 14:58
Ziya Məmmədov: "Dəmir yolu parkının təzələnməsində Belarus avadanlıqlarından istifadə oluna bilər".
Azərbaycanla Belarus nəqliyyat sahəsində bir neçə birgə layihənin icrasını planlaşdırır. Azərbaycanda səfərdə olan Belarusun nəqliyyat naziri İvan Şerbonun sözlərinə görə, ölkəsi avtomobil və dəmir yollarının yenidənqurulmasında birgə işlər görməyi nəzərdə tutur.
Gələcəkdə isə Azərbaycan Belarus avtobuslarının istehsalında iştirak edə bilər. Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, dəmir yolu vaqon parkının təzələnməsində Belarus avadanlıqlarından istifadə oluna bilər.
“Bizdə həm yük, həm də sərnişin daşıyan vaqonların istismar müddəti keçib. Belarusun vaqon tikinti və təmir zavodları var. Biz onlardan Azərbaycanda müştərək müəssisə yaratmaq barəsində fikir mübadiləsi aparılması, məsələ öyrənilməsi və məqbul sayıldığı halda Azərbaycanda təmir bazasının qurulması barədə xahiş etmişik", deyə nəqliyyat naziri qeyd edib
Z. Məmmədovun sözlərinə görə, məqsəd müəyyən avadanlıqların, ehtiyat hissələrinin Azərbaycana gətirilərək, dəmir yolunun bazasında təmi texnologiyasının qurulmasından ibarətdir
anspress
DOSTLARINLA PAYLAŞ: