Azərbaycan su ixrac edən dövlətə çevriləçək
21 Mart 2011 Bazar Ertəsi 20:21
Dövlət Məmmədov: “3 ildən sonra xarici ölkələrdə Azərbaycan sularına tələbat artacaq”.
Sabah martın 22-si Ümumdünya Su günüdür. 1993-cü ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ümumdünya Su günü məhs bu gün keçirilir. Dünyanın bir cox ölkələrində bu günü hətta bayram kimi qeyd edirlər. Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov ANS PRESS-ə açıqlamasında deyir ki, o, yaxın gələcəkdə Azərbaycanda da bu günün dövlət səviyyəsində qeyd ediləcəyinə inanır.
Bu gün bəzi mütəxəssislərin Azərbaycanda icməli su ehtiyatlarının az olması kimi fikirlər söyləməsinə baxmayaraq, D. Məmmədov deyir ki, bu gün ölkəmizdə istənilən qədər icməli su ehtiyatı var. O, hətta bəzi insanların bu tip yalan məlumat vermələrinə və əhalini aldatmalarına təəccüblənir: “Bəziləri deyir ki, güya Azərbaycanda icməli su ehtiyatı yoxdur. Bizim bulaqların suyu axıb çaylara getmirmi? Bu gün regionlarda milyonlarla manat qiyməti olan su zavodları tikilir. Bu gün Azərbaycanda istehsal edilən içməli sular Avropada kecirilən su yarmarkalarında keyfiyyətinə görə qızıl medallar alır və Fransanın, Almaniyanın və digər ölkələrin məşhur sularını arxada qoyur”.
Birlik sədrinin sözlərinə görə, Avropa, butün dünya bizim icməli sulara keyfiyyətinə görə yüksək qiymət verdiyi halda, əfsuslar olsun ki, bəzi yerli işbazlar xarici dövlətlərdə istehsal edilən və dünya bazarında satışı hər il azalan, kecmişdə məşhur olan suları Azərbaycana gətirirlər: “Mən həmişə təklif edirəm ki, əhalimiz su alanda yerli suları alsınlar. Yerli sular bu torpaqda, bu iqlimdə yetişdiyi və biz də bu torpaqda, bu iqlimdə yaşadığımız üçün, onu içəndə bədənə ağırlıq vermir”.
Su bazarındakı vəziyyətə toxunan D. Məmmədov bildirib ki, bu gün Azərbaycanda istehsal edilən sular keyfiyyətinə və dizaynına görə, demək olar ki, Avropada istehsal olunan sulardan heç də geri qalmır: “Əksinə, bu sular onlardan qat-qat yüksəkdir. Bu sular bu gün dünyanın 16 ölkəsində satılır. Bu gün dükanlarda demək olar ki, istənilən qədər xarici dövlətlərdən gətirilən keyfiyətsiz sular satılır. Harda görülüb ki, suya 2 il saxlama müddəti qoyulsun. Əgər bu yaxşı maldırsa, onda niyə tez satılmır? Sadəcə demək istərdim ki, alıcılar xarici suları alanda, olduqca ehtiyatlı olsunlar”.
Amma bununla belə su bazarındakı vəziyyətlə bağlı D. Məmmədov olduqca optimizlə yanaşır. Onun sözlərinə görə, bu gün İqtisadi İnkişaf Nazirliyi su sanayesinin inkişafına böyük diqqət yetirir. O bildirib ki, xarici ölkələrdə keçirilən yarmarkalarda Azərbaycanda istehsal olunan sular da nümayiş edilir: “Eyni zamanda sahibkarlara güzəştli kreditlər verilir. Demək olar ki, 3 ildən sonra xarici ölkələrdə Azərbaycan sularına tələbat artacaq. Azərbaycan su ixrac edən dövlətə çeviriləçək”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: