Azərbaycan Sənaye Bankı'nın aktivləri artıb
02 Fevral 2010 Çərşənbə Axşamı 11:50
İlin əvvəlində Azərbaycan Sənaye Bankı'nın aktivləri 130 milyon manatdan artıq olub
“Azərbaycan Sənaye Bankı” ASC-nin bu ilin yanvar ayının 1-nə olan tarixə qədər aktivlərinin cəmi 130 milyon 639 min manat təşkil edib.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müddət ərzində bankın depozit portfeli 82 milyon 910 min manat, kredit portfeli isə 61 milyon 199 min manat olub
Ötən ilin 12 ayı ərzində bankın məcmu kapitalı 24 milyon 730 min manat, o cümlədən nizamnamə kapitalı 20 milyon manat təşkil edib.
Hazırda “Azərbaycan Sənaye Bankı”nın ölkə üzrə 8 filialı, 23 bankomatı və 257 POS-terminalı fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: