Azərbaycan Sənaye Bankı aktivləri 14,3 faiz azalıb
20 Oktyabr 2010 Çərşənbə 16:00
Azərbaycan Sənaye Bankının gəlirləri 8,88 milyon manat, xərcləri 7,59 milyon manat olub.
"Azərbaycan Sənaye Bankı"nın aktivləri bu ilin yanvar-sentyabrında 14,3 faiz azalaraq 111,93 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 14,2 faiz artaraq 68,39 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 81,46 milyon manata azalıb. Depozit portfeli 53,9 faiz azalaraq 21,87 milyon manat olub. Bundan 9,56 milyon manat müddətli müştəri əmanətləridir.

Balans kapitalı 30,47 milyon manata, məcmu kapitalı 25,94 milyon manata çatıb. Ödənilmiş nizamnamə fondu 10,6 faiz artaraq 22,11 milyon manat olub.

Bankın gəlirləri 8,88 milyon manat, xərcləri 7,59 milyon manat olub. Onlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 41,2 faiz və 16,9 faiz artıb. Vergi ödənilənədək xalis mənfəət 1,28 milyon manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar