Azərbaycan qazı Avropa bazarlarına çıxarılır
20 Avqust 2010 Cümə 11:15
“Yeni İpək Yolu–Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası”na start verib.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov içərisində qaz olan kanistri Amerikanın Montana Dövlət Universitetinin professoru Tomas S. Qoltza təqdim edib. Bununla da “Şahdəniz-2” layihəsindən böyük miqdarda qazın Avropa İttifaqına çatdırılması istiqamətində Azərbaycanın maraqlarının irəli çəkilməsi üçün qocaman jurnalist Tomas S. Qoltzun ideyası olan “Yeni İpək Yolu – Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa Qaz Odisseyası”na start verilib.
ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda irəliləmək üçün bir araya gəlmiş Amerika, Azərbaycan və Türk tələbələr qrupu kanistr dolu qazı İstanbula aparacaq. Səfər zamanı professor Qoltzu müşayiət edən tələbələr onun dərslərində iştirak etmiş region tələbələri olmaqla Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını simvoludurlar. Ekspedisiya üç həftə çəkəcək.
Qeyd edək ki, kanistr 2016-cı ilin son rübündə Azərbaycanın Avropa İttifaqına əsas qaz ixracatına başlamasının simvolu kimi təntənəli şəkildə ARDNŞ-nin ofisinə təqdim ediləcək.
Xatırladaq ki, Tomas S. Qoltz 10 il əvvəl Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsinin inkişaf etdirilməsi üçün Bakıdan Ceyhana ilk neft barelini də aparmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: