Dünən dünya bazarında neftin 10 faizlik ucuzlaşmasından sonra bu gün bazarda sabitlik yaranıb. İndi Nyu-York birjasında «Texas» neftinin bir bareli 40 dollar 17 sentə, London birjasında «Brent» neftinin bir bareli 42 dollar 22 sentədir. «Azərilayt» markalı Azərbaycan nefti dünən keçirilmiş hərraclarda 44 dollar 55 sentə qədər ucuzlaşıb.
Maliyyə birjasında avronun ucuzlaşması dayanıb. İndi Avropanın vahid valyutası 1 dollar 26 sentə dəyişdirilir. Bu gün qızılın unsiyası 922 dollara, qramı 29 dollar 74 sentədir. /ANS TV/