Azərbaycan Nabukko layihəsindən imtina edir
24 May 2011 Çərşənbə Axşamı 19:25
Azərbaycan öz qazını Avropaya “Nabukko” layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə də çıxara bilər.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

İyunun 6-da Türkiyədə “Nabukko” layihəsi üzrə memorandumun imzalanmasına münasibətini bildirən ARDNŞ prezidenti deyib ki, Azərbaycanın bu layihəyə, eləcə də Avropaya qaz nəqlini nəzərdə tutan digər layihə marşrutlara münasibəti normaldır: "Biz bu layihələrin reallaşmasını istəyirik, çünki belə olsa, bizim imkanlarımız da böyüyər".

Qeyd edək ki, artıq Azərbaycan tərəfi "Şahdəniz" layihəsinin növbəti mərhələsindən çıxacaq qazın Avropaya hansı marşrutla nəqli ilə bağlı seçimə başlayıb. Hazırda Azərbaycan “Nabukko” iştirakçıları ilə birlikdə onların təqdim edəcəkləri şərtləri müzakirə edir.

Bununla yanaşı, Rövnəq Abdullayev istisna etməyib ki, Azərbaycan öz qazını Avropaya “Nabukko” layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə çıxarsın: "Hər şey ola bilər, layihələr çoxdur və heç birini kənara qoya bilmərik. Digər marşrutlarla yanaşı, “Nabukko” layihəsinin iştirakçıları da öz şərtlərini və imkanlarını hazırlayırlar. Biz bunların arasından seçim edəcəyik". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar