Azərbaycan İrana qaz ixracını artıracaq
13 Noyabr 2010 Şənbə 12:50
Bu ilin sonunda Azərbaycan İrana ixrac etdiyi qazın həcmini artıracaq.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ Astarada yeni qaz kompressor stansiyasını inşa edir və burada 6 yeni kompressor quraşdırılır: «Stansiyada işlər qrafik üzrə gedir və bu stansiya nəticəsində biz bu ilin sonunda İrana ixrac etdiyimiz qazın həcmini artıracağıq».

Qeyd edək ki, bu il ərzində Azərbaycandan İrana 0,1 mlrd. kubmetr qaz ixrac olunması planlaşdırılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar