Azərbaycan hökuməti əsas enerjidaşıyıcıları istehlakçılarının borclarını silib
17 Avqust 2010 Çərşənbə Axşamı 11:05
Azərbaycan Nazirlər Kabineti «Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə» qərar qəbul edib.
Bu barədə «APA-ECONOMICS»ə Nazirlər Kabinetindən məlumat verilib.

«Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» Azərbaycan prezidentinin 2009-cu il 29 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu ilin 1 yanvar tarixinə «Azərbaycan Hava Yolları» QSC-nin 99 mln. manat və «Azərenerji» ASC-nin 1 555,4 mln. manat məbləğində ARDNŞ-ə və onun qurumlarına yaranmış borcları ARDNŞ-in 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silib.

«Azərenerji» ASC-nin aşağıdakı debitor borcları isə səhmdar cəmiyyətinin 2010-cu ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilməklə silinib. Siyahıya əsasən, «Azərenerji»yə borcları silinmiş təşkilatlar aşağıdakılardır:
01.07.1997-ci il tarixə Qəbələ RLS üzrə - 14,5 mln. manat;
01.01.2002-ci il tarixə idarəetməyə verilənədək mövcud olmuş «Bakıelektrikşəbəkə» ATSC üzrə - 389,1 mln. manat;
01.10.2002-ci il tarixə idarəetməyə verilənədək mövcud olmuş «Sumqayıtelektrikşəbəkə» ATSC üzrə - 194,7 mln. manat;
01.11.2009-cu il tarixə «Sumqayıtelektrikşəbəkə» ASC üzrə - 101,8 mln. manat;
07.11.2006-cı il tarixə «Barmek Azərbaycan EŞ» MMC üzrə - 466,4 mln. manat;
01.01.2010-cu il tarixə «Azərsu» SC üzrə - 116,8 mln. manat;
01.01.2010-cu il tarixə Naxçıvan MR DEA üzrə - 113,2 mln. manat;
01.01.2010-cu il tarixə «Azəralüminium» ASC üzrə - 23,5 mln. manat;
01.01.2010-cu il tarixə «Azəristiliktəchizat» ASC üzrə - 4,1 mln. manat;
01.01.2010-cu il tarixə Meliorasiya və Su Təsərrüfatı ASC üzrə - 90 mln. manat;
01.01.2010-cu il tarixə Müdafiə Nazirliyi üzrə - 16,1 mln. manat;
01.01.2010-cu il tarixə Səhiyyə Nazirliyi üzrə - 10,9 mln. manat;
01.01.2010-cu il tarixə Təhsil Nazirliyi üzrə - 9,1 mln. manat;
01.01.2010-cu il tarixə Dövlət Sərhəd Xidməti üzrə - 2,5 mln. manat;
01.01.2010-cu il tarixə Daxili İşlər Nazirliyi üzrə - 0,6 mln. manat;
01.01.2010-cu il tarixə Mədəniyyət və Turizm Nazirliyi üzrə - 1 mln. manat;
01.01.2010-cu il tarixə Kənd Təsərrüfatı Nazirliyi üzrə - 0,8 mln. manat;
01.01.2010-cu il tarixə Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə - 0,3 mln. manat.

Qərara əsasən, borcları silinən müəssisə və təşkilatlar özlərinin və tabeliklərindəki qurumların mühasibat uçotu sənədlərində müvafiq qeydlər edilməsini və borclarının silinməsi nəticəsində əldə etdikləri gəlirlərinə qanunvericiliyə uyğun vergiləri hesablayaraq, dövlət büdcəsinə ödənilməsini təmin etməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar