Azərbaycan gəmi istehsal edəcək
02 Aprel 2011 Şənbə 17:23
Rövnəq Abdullayev: “Ələtdə tikilən gəmiqayırma zavodu Azərbaycanın gəmiyə olan tələbatını tam ödəyəcək”.
Ələtdə tikilən gəmiqayırma zavodu Azərbaycanın gəmiyə olan tələbatını tam ödəyəcək. Dövlət Neft Şirktənin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, 2013-cü ilin sonunda istifadəyə veriləcək zavodda Azərbaycanla yanaşı, digər Xəzəryanı ölkələr üçün də müxtəlif növ gəmilər istehsal ediləcək.

R. Abdullayev bildirib ki, yeni gəmilərin alınması, parkın təzələnməsi, hərbi gəmilərin yenidən tikilməsi ilə bağlı artıq Azərbaycan tərəfinə böyük sayda sifarişlər və böyük maraq var:

“Biz artıq bundan başqa üzən qurğuların tikilməsini proqramımıza salmışıq. Bu zavod Azərbaycanın layihələrini həyata keçirmək üçün ancaq özünü təmin etməyəcək. Bunun üçün də biz artıq böyümə imkanı da qoymuşuq ki, Xəzəryanı ölkələrin tanker sifarişlərini, ölkələrin dənizdə olan neft-qaz əməliyyatlarını həyata keçirmək üçün texnoloji gəmilər tikək. Buna ehtiyac var və biz onların da burada yığılmasını həyata keçiririk”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar